“YouTube Music” Spotify ilə ciddi rəqabətə hazırlaşır


Digərləri 03 Okt 2019 22:40:00 258 0

“YouTube Music” Spotify ilə ciddi rəqabətə hazırlaşır

Gün keçdikcə ciddi bir rəqabətin görülməyə başladığı rəqəmsal musiqi yayımcılığı mövzusunda yaxşı qurulmuş şirkət olan YouTube Music diqqətəlayiq bir addım atır. Şirkət YouTube Music-in Android 10 və Android 9 tərəfindən dəstəklənən bütün yeni cihazlarda, o cümlədən Pixel seriyalı smartfonlara da əvvəlcədən quraşdırılacağını elan etdi.

Son.az techland.az-a istinadən bildirir ki, bu tətbiqin populyarlığını artırmaq üçün ciddi bir addım olduğunu qeyd etmək lazımdır. Andoriddən istifadə edən musiqi sevənlər öz musiqilərini paylaşmaq və yeni musiqilər kəşf etmək üçün YouTube Music'dən istifadə edə biləcəklər.

Google rəqəmsal musiqi platforması mövzusunda həm 2015-də yaradılmış YouTube Music'i , həm də 2011-də istifadəyə verilmiş Google Play Music'i idarə edir. Google Play Musiqidən fərqli olaraq, YouTube Music, YouTube Red və YouTube Premium xüsusiyyətlərini təqdim etmişdi.

(adsgarden = window.adsgarden || []).push({});