Logitech Streamlabs’i 89 milyon dollara alır


Digərləri 03 Okt 2019 21:20:00 305 0

Logitech Streamlabs’i 89 milyon dollara alır

Logitech, əsasən canlı yayım platforması rolunu oynayan Streamlabsi almaq üçün 89 milyon dollarından keçib. Onu da əlavə edək ki, bu satınalma müqaviləsi Logitech üçün olduqca məntiqli görünür. Streamlabsı əldə etməklə, Logitech canlı yayımlar üçün uğurlu proqram təminatı yaradacaq.

Son.az techland.az-a istinadən bildirir ki, Logitech məşhur mikrofon istehsalçısı Blue Microphones-un da sahibidir. Blue Microphones markası canlı yayın edən istifadəçilər arasında çox populyardır.

Streamlabs istifadəçilərinin 70 faizinin Twitch yayıncıları olduğunu da qeyd etmək lazımdır. 15 milyon insanın platformadan istifadə etdiyini iddia edən Streamlabs, yayımçılar arasında çox populyardır. Keçən ay Twitch öz canlı yayım platforması olan Twitch Studio proqramını təqdim edib.

(adsgarden = window.adsgarden || []).push({});