Cənubi Koreyada “Mitaq” qasırğasından ölənlərin sayı 10a çatıb


Dünya 03 Okt 2019 21:03:00 297 0

Cənubi Koreyada “Mitaq” qasırğasından ölənlərin sayı 10a çatıb

"Mitaq" qasırğasının Cənubi Koreyada törətdiyi fəsadlar nəticəsində ölənlərin ayı 10-a çatıb, iki nəfər isə itkin düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Mitaq" qasırğasının gətirdiyi şiddətli yağışlar ölkənin cənub və şərq bölgələrində sel, daşqın və torpaq sürüşmələrinə səbəb olub. Elə ölənlərin əksəriyyəti də torpaq sürüşmələri zamanı çökən evlərin dağıntıları altında qalan insanlardır.

"Mitaq" qasırğasının oktyabrın 3-də yerli vaxtla səhər saat 6:00-da Koreya yarımadasını tərk etməsindən sonra hava limanlarının fəaliyyəti bərpa olunub. Buna baxmayaraq, dəniz yolu ilə 83 sərnişin və 65 yük gəmisinin hərəkətinə hələlik icazə verilməyib.