Androidin Azərbaycanda bazar payı azalıb


Digərləri 03 Okt 2019 21:10:00 256 0

Androidin Azərbaycanda bazar payı azalıb

Bu ilin may ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı aprel ayı ilə müqayisədə 2,2 faiz bəndi azalıb.

Son.az chip.az-a istinadən bildirir ki, iyun ayının 1-nə "Android"in ölkənin əməliyyat sistemi bazarında olan payı 45,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 10,7 faiz bəndi azdır.

Son bir ay ərzində "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi dəyişməz olaraq qalıb və iyun ayının birinə 39,3% təşkil edib. Bu rəqəm ötən ilin eyni göstəricisindən 13,6 faiz bəndi çoxdur. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə 7,6?zar payı ilə "iOS" əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin may ayında aprel ayı ilə müqayisədə 5 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 24,7 faiz bəndi artıb.

(adsgarden = window.adsgarden || []).push({});