Bakıda bu küçənin sakinlərinə sevindirici xəbər


Digərləri 03 Okt 2019 18:59:00 286 0

Bakıda bu küçənin sakinlərinə sevindirici xəbər

Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan təmir işləri yekunlaşıb.

AAYDA-dan Trend-ə verilən məlumata görə, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib.

Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunub.

Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına 1500 paqon-metr yeni səki daşları düzülüb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edib.