Bakıda çoxmərtəbəli bina yanır


Digərləri 03 Okt 2019 18:29:52 211 0

Bakıda çoxmərtəbəli bina yanır

Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində çoxmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. xəbər yenilənəcək