“Bayquşu qovduq, əmimlə nənəm rəhmətə getdi”


Digərləri 03 Okt 2019 18:14:00 222 0

“Bayquşu qovduq, əmimlə nənəm rəhmətə getdi”

Ziyad Abbasov - Xaçmaz rayon sakini: "O vaxtı həyətimizdə ağaca bayquş qonmuşdu. Nənəm dedi ki, uçurtmayın o quşu, bədbəxtlik gətirir. Biz də uçurtduq, ondan qısa müddət sonra əmim gənc yaşında rəhmətə getdi. Sonra yenə həmin quş gəlib həyətimizdə qondu ağaca, yenə uçurtduq, inanmadıq amma qısa müddət sonra nənəm rəhmətə getdi".

Ziyad Abbasovun danışdıqları sadəcə təsadüf də ola bilər. Lakin belə hadisələr  insanlarda qədimdən gələn inanclara inamı daha da artırır. İnanclar müxtəlif xalqlarda fərqli  formada olur. Məsələn 13 ədədini bir çox xalqlar nəhs rəqəm kimi qəbul edir.  Elə bu səbəbdən otellərdə 13 rəqəmli otaq, bəzən mərtəbə belə olmur.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Ölkəmizdə də bu rəqəmə həssas yanaşan insanlar çoxdur. Yəqin elə bunu nəzərə alıb avtomabillərin seriya nömrləri sırasından 13-ü çıxardıblar. Diqqət etsək görərik ki, 1-dən 72-yə qədər rəqəmlər  ardıcıllıqla sıralanıb yalnız 13-dən başqa. 

Yaşından, təhsilindən, dinindən asılı olmayaraq inanclara ciddi riayət edən insanlar çoxdur. Məsələn kimisi gecə saatlarında borca pul verməz, evdən çıxarkən unutuğu əşya üçün əsla geri qayıtmaz, qarşısından qara pişik keçərsə yolunu oradan davam etməz  və s.

Xaçmaz rayon sakini: "Kim necə düşünürsə, düşünsün, kim necə başa düşürsə, düşsün amma mən bunu deyəcəm. Mənim sağ əlim qaşınanda pul gəlir, sol əlim qaşınanda pul itirirəm".

Psixoloqlar bildirir ki, bu inam insanın tərbiyə aldığı ailədən və mühitdən irəli gəlir.  Elə ailələr var ki, sadalanan məqamlara ciddi əməl edilir.

Mehriban Mütəllimova - Psixoloq: "İnancların inanılması da insandan insana görə dəyişir. Bu bir növ insanın özünümüdafiə xarakteri daşıyır. Çünki uşaq vaxtlarından onların şüuraltına yeridilir ki, belə bir inanclar var".

(adsgarden = window.adsgarden || []).push({});