Mingəçevirdə ər və arvada zor tətbiq edən şəxs 4 il sonra tutuldu


Digərləri 03 Okt 2019 16:55:00 288 0

Mingəçevirdə ər və arvada zor tətbiq edən şəxs 4 il sonra tutuldu

4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstü açılıb.

Bakı. Samir Əli - Polis əməkdaşları tərəfindən 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girmiş 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər. Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.