Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi


Digərləri 03 Okt 2019 16:41:00 273 0

Teymur Rəcəbov Dünya Kubokunun finalında heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü final görüşünü keçirib.

Bakı. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü final görüşünü keçirib. Trend-in məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə növbəti oyununu keçirib. Gərgin qarşılaşma 31-ci gedişdə heç-heçə ilə nəticələnib. Ümumi hesabda (2:2) qalib müəyyənləşməyib. Ona görə sabah "tay-breyk" oynanılacaq. Qeyd edək ki, Rəcəbov Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötəbər yarışın finalına qədər irəliləyə bilməyib.