Mingəçevirdə polis mayorunu bıçaqlayan 2 nəfər saxlanılıb


Digərləri 03 Okt 2019 15:57:00 207 0

Mingəçevirdə polis mayorunu bıçaqlayan 2 nəfər saxlanılıb

Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədova bıçaqla yüngül xəsarət yetirmiş 2 nəfər saxlanılıb.

Bakı. Samir Əli - Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədova bıçaqla yüngül xəsarət yetirmiş 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 2-də saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşıb və onları intizama dəvət edib. Onlardan biri tabeçilik göstərməyib, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk ediblər. R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılıblar.