Şəfiqə Nağıyevadan efirə yaraşmayan sözlər "Sənə yedirdəcəm"


Digərləri 03 Okt 2019 14:35:00 256 1

Şəfiqə Nağıyevadan efirə yaraşmayan sözlər  "Sənə yedirdəcəm"

Sosial yönümlü verilişlərdə hüquqşünas qismində ekspertlik edən vəkil Şəfiqə Nağıyeva "Elgizlə izlə" proqramında efirə yaraşmayan ifadə işlədib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, hüquqşünasın eks həyat yoldaşı ilə problem yaşayan qadınla mübahisəsi düşüb.

Mübahisə zamanı tərəflər bir-birini təhqir ediblər. Emosiyalarına sahib olmayan Ş.Nağıyeva efirdə olduğunu unudaraq qadını hədələyib:

"O tərbiyəsiz sözləri sənə yedirdəcəm. Görərsən! Sən mənə sübut etməlisən! Amma mən sənə yedirdəcəm, görərsən!"

Qeyd edək ki, Mirzəliyev Elçin adlı şəxs verilişə gələrək 3 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Hüseynova Zülfiyyəni xəyanətdə ittiham edib. Elgizin araşdırması nəticəsində məlum olub ki, keçmiş ər birgə nikahdan doğulmuş üç uşağa aliment verməkdən boyun qaçırmaq üçün bu addımı atıb.

Onun efirdə işlətdiyi bu sözlər artıq sosial şəbəkədə müzakirə olunur. Hüquqşünasın efirə yaraşmayan hərəkəti tənqid olunur.