Azərbaycanla Litva arasında sosial təminat və əmək sahəsində əməkdaşlıq sazişi imzalanıb


Digərləri 03 Okt 2019 14:33:19 222 0

Azərbaycanla Litva arasında sosial təminat və əmək sahəsində əməkdaşlıq sazişi imzalanıb

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Sosial Təminat və Əmək Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb.

Bakı. Mətanət Nəsibova - Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Sosial Təminat və Əmək Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Trend-in məlumatına görə, sazişi nazirlər Sahil Babayev və Linas Kukuraytis görüş zamanı imzalayıb. Sənəd iki ölkə arasında sosial təminat və əmək sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Azərbaycan və Litva əmək nazirlərinin görüşü DOST mərkəzində keçirilib.