“Kukla ilə üzüzə dayanmağı özümə sığışdırmadım”


Digərləri 03 Okt 2019 14:09:25 225 0

“Kukla ilə üzüzə dayanmağı özümə sığışdırmadım”

"Heç bir bəhanə gətirməmişəm"

Heç bir bəhanə gətirməmişəm. Sadəcə, İctimai Televiziyada yayımlanan "3D" verilişinin formatı məni qane etməyib. Bu fikrimi orada deyib verilişə qatılmaqdan imtina etmişəm.

Son.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı İctimai Televiziyada (İTV) yayımlanan və aparıcısı robot olan "3D" verilişinə qatılmaqdan imtina etməsi barədə danışarkən deyib.

"3D"yə dəvət olunan Fəzail Ağamalının verilişə qatılmaqdan imtina etdiyini robot aparıcı "Dadaş Dadaşlinski" deyib.

"Bu gün Fəzail Ağamalı qonağım olmalı idi. Hətta bura qədər gəldi amma bu divanda əyləşməkdən imtina etdi. Bəhanəsi isə o oldu ki, o, daha ciddi aparıcının qonağı olmalıdır. Niyə gəlirdin bura qədər, Fəzail müəllim? Verilişə bir internetdə baxardınız, bir görərdiniz hara dəvət alırnısınız. Başa düşmədim. Ən azından siz deyin, hörmətli sosial şəbəkə istifadəçiləri və televiziya tamaşıçıları, məndən ciddi aparıcı varmı indi teleməkanda?", - "Dadaşlinski" bildirib.

Fəzail Ağamalının sözlərinə görə, onu "3D"yə verilişin rejissoru dəvət edib: