Çernobıl nüvə reaktorunun idarəetmə otağı turistlərin üzünə açılır FOTO
Dünya 03 Okt 2019 13:32:00 273 0
Çernobıl nüvə reaktorunun idarəetmə otağı turistlərin üzünə açılır.
Son.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Çernobıla gedən turistlər 1986-cı ildə partlayış baş verən 4-cü nüvə reaktorunun idarəetmə otağına girə biləcəklər.
Independent-in məlumatına görə turistlər idarəetmə otağında cəmi bir neçə dəqiqə qala biləcəklər. Onlar bura daxil olmazdan əvvəl xüsusi qoruyucu kombinezonlar geyinəcəklər.
Qeyd edək ki, 2011-ci ilə qədər hər hansı turist Çernobıla gedə bilməzdi. 2011-ci ildən sonra gedənlər isə, sadəcə, xüsusi nəzarət altında Pripyat şəhərini gəzə bilirdilər.
Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş verən partlayış 7000-ə yaxın insanın ölümünə, 25 min nəfərin güclü radiasiya nəticəsində ömürlük şikəst qalmasına səbəb olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır.