Bakıda qonşusunu amansızlıqla qətlə yetirən şəxsə 20 il cəza verildi


Digərləri 03 Okt 2019 13:31:48 218 0

Bakıda qonşusunu amansızlıqla qətlə yetirən şəxsə 20 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Əhmədov 20 il azadlıqdan məhrum edilib. İttihama görə, bu il aprelin 17-də Xəzər rayonu Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.