Şamaxıda VII Açıq Respublika turniri keçiriləcək


Digərləri 03 Okt 2019 13:20:00 222 0

Şamaxıda VII Açıq Respublika turniri keçiriləcək

Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçiriləcək.

Bakı. Oktyabrın 5-6-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçiriləcək. Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq ənənəvi yarışda 2003-2004-cü il təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparacaq. Bütün bölgələrdən və idman cəmiyyətlərindən güləşçilərin qatılacağı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edəcək. Böyük marağın olduğu yarışda 300-dən artıq yeniyetmə pəhləvan çıxış edəcək.