Toyda kütləvi zəhərlənmə


Dünya 03 Okt 2019 12:41:00 244 0

Toyda kütləvi zəhərlənmə

Ukraynada kütləvi zəhərlənmə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, zəhərlənmə Çernovitski rayonunda "Oskar" restoranında keçirilən toy mərasimi zamanı olub. Faktı Ukrayna Fövqəladə Hallar Xidməti təsdiqləyib.

Məlumata görə, toyda iştirak edən 31 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Hazırda onların xəstəxana şəraitində müalicəsi davam edir. Zəhərlənənlərdən 9-nun azyaşlı olduğu qeyd edilir.

Hadisə ilə bağlı araşdırma başlanılıb, restorandan laborator təhlillər üçün qida nümunələri götürülüb.