Bakı Metropolitenində ən uzun eskalator hansıdır


Digərləri 03 Okt 2019 11:24:00 225 0

Bakı Metropolitenində ən uzun eskalator hansıdır

Həmin eskalatorların uzunluğu 100 metr, hündürlüyü isə 48 metrdir.

Bakı. Samir Əli - Bakı Metropolitenində ən uzun eskalatorun uzunluğu 100 metrə qədərdir. Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib. Z.Hüseynovun sözlərinə görə, həmin eskalatorlar "Xətai" stansiyasında quraşdırılıb: "Həmin eskalatorların uzunluğu 100 metr, hündürlüyü isə 48 metrdir". Z.Hüseynov həmçinin qeyd edib ki, metropolitendə təhlükəsizliyi təmin etmək üçün bir sıra işlər görülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin