Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada


Digərləri 03 Okt 2019 11:03:00 212 0

Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada

Ukraynada kütləvi zəhərlənmə baş verib.

Bakı. Ukraynada kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, zəhərlənmə Çernovitski rayonunda "Oskar" restoranında keçirilən toy mərasimi zamanı olub. Faktı Ukrayna Fövqəladə Hallar Xidməti təsdiqləyib. Məlumata görə, toyda iştirak edən 31 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Hazırda onların xəstəxana şəraitində müalicəsi davam edir. Zəhərlənənlərdən 9-nun azyaşlı olduğu qeyd edilir.