"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladı


Digərləri 03 Okt 2019 10:57:00 202 0

"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladı

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında ləngimə qeydə alınıb.

Bakı. Ceyhun Ələkbərov - Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında ləngimə qeydə alınıb. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Gecikməyə səbəb isə, Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub: "Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".