Bu rayonda qaz olmayacaq


Digərləri 03 Okt 2019 09:52:48 212 0

Bu rayonda qaz olmayacaq

Qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən qaz təchizatı dayandırılacaq.

Bakı. Samir Əli - Bu gün ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq. Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.