Azərbaycandakı qoruqlarla bağlı inkişaf strategiyası hazırlanır


Digərləri 03 Okt 2019 07:59:01 264 0

Azərbaycandakı qoruqlarla bağlı inkişaf strategiyası hazırlanır

Hazırda Dövlət Turizm Agentliyi ( DTA) tabeliyində olan hər bir qoruqla bağlı inkişaf strategiyasını, onların inkişaf modellərini hazırlayır.

Bakı. İlhamə İsabalayeva - Hazırda Dövlət Turizm Agentliyi (DTA) tabeliyində olan hər bir qoruqla bağlı inkişaf strategiyasını, onların inkişaf modellərini hazırlayır. Bunu Trend-ə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin sektor müdiri Elgün Cavadov deyib. Onun sözlərinə görə, strategiyadakı məsələlər qoruqların turizm baxımından əlçatanlığının, cəlbediciliyinin artırılması, turizm şirkətləri üçün yeni paketlərin verilməsi və s. kimi məsələləri əhatə edir. E.Cavadov qeyd edib ki, hazırda qoruqların mühafizə strategiyaları da hazırlanır. Strategiyalar dünya təcrübəsi nəzərə alınmaqla, eyni zamanda UNESCO-nun tələblərinə və tövsiyələrinə uyğun olaraq tərtib edilir: