Bavariyada iki naməlum şəxs bazar yaxınlığında atəş açıb


Digərləri 03 Okt 2019 07:40:00 237 0

Bavariyada iki naməlum şəxs bazar yaxınlığında atəş açıb

Bavariyanın Abensberq şəhərində iki nəfər axtarışdadır

Bakı. Bavariyanın Abensberq şəhərində iki nəfər axtarışdadır, onlar bir şəxsi öldürməkdə və bir nəfəri yaralamaqda şübhəli bilinirlər. Trend-in məlumatına görə, bu barədə onlayn nəşriyyatı "Fokus" bildirib. - Məlumata əsasən, saat 18.00 radələrində atışma olması barədə polisə telefon zəngi gəlib. Əraziyə gələn patrul ilk qurbanın cəsədini aşkar edib. Təxminən altının yarısında yeni bir atışma olub, bir nəfər ağır yaralanıb. Hücum edənlərin avtomobil ilə qaçdıqları ehtimal edilir.