Görkəmli pianoçu Nikolay Luqanski və “Beryozka” ansamblının Bakıda konserti olacaq (FOTO)


Digərləri 03 Okt 2019 03:35:24 284 0

Görkəmli pianoçu Nikolay Luqanski və “Beryozka” ansamblının Bakıda konserti olacaq (FOTO)

“Beryozka” Akademik Rəqs Ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.

Bakı. 1994-cü ildən etibarən Rusiya və Azərbaycan arasında qarşılıqlı mübadilə proqramı çərçivəsində həm Moskvada, həm də Bakıda keçirilən Mədəniyyət Günləri, müxtəlif konsertlər, festivallar, yubiley gecələri, sərgilərdə hər iki ölkənin musiqisi, teatrı, xoreoqrafiyası və təsviri sənət nümunələri nümayiş olunur. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu illər ərzində Bakıda məşhur musiqiçi və kollektivlər – “Kreml baleti”, “Brass-kvinteti”, Yuri Temirkanov, Maksim Vengerov, Sergey Doqadin, Filip Kopaçevski, Valeri Xlebnikov, Dmitri Xoxlov və başqaları çıxış etmişlər. Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə 2019-cu ilin 11 oktyabr tarixində saat 19:00-da Heydər Əliyev Sarayında dünya şöhrətli “Beryozka” Akademik Rəqs Ansamblının, oktyabrın 13-də saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçiriləcəkdir. Ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən “Beryozka” Akademik Rəqs Ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.