“Muğam axşamları” layihəsinin yeni mövsümdə ilk konserti keçirilib (FOTO)


Digərləri 02 Okt 2019 23:39:08 428 0

“Muğam axşamları”  layihəsinin yeni mövsümdə ilk konserti keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə özünün ənənəvi olaraq təqdim etdiyi genişmiqyaslı "Muğam axşamları" layihəsi ilə ikinci dəfə muğamsevərlərin görüşünə gəlib.

Bakı. Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə özünün ənənəvi olaraq təqdim etdiyi genişmiqyaslı "Muğam axşamları" layihəsi ilə ikinci dəfə muğamsevərlərin görüşünə gəlib. Trend-in məlumatına görə, ilk konsert "Rast" muğamına həsr olunub. Həmin gün muğamsevərlər qarşısında Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalov və beynəlxalq müsabiqələr laureatı Hüseyn Məlikov çıxış edib. Sözün əsl mənasında möcüzəli "Rast"ın möcüzəli təqdimatı dinləyicilərin könlünə hakim kəsilib. “Rast”ın şöbələri və ritmik ahəngi 3 istedadlı xanəndə tərəfindən zərgər dəqiqliyi ilə özünəməxsus tərzdə təqdim edilməklə, xoş ovqat bəxş edən ahənglə səslənib. Konsert proqramı tamaşaşılar tərfindən böyük sevgi ilə qarşılanıb. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edib. İlin sonunadək Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Şur”, “Zabul-Segah”, “Çahargah” muğamları ifa ediləcək.