Biz meraca gedə bilərikmi?


Digərləri 02 Okt 2019 23:27:00 293 0

Biz meraca gedə bilərikmi?

İlahi qüdrətin etiqadı haqqındakı mühüm məsələlərdən biri də Həzrət Peyğəmbərin (s) meracı məsələsidir. Səmaya olan bu səfər Peyğəmbərin (s) əzəmətinin nişanəsidir.

Bəs meraca getmək ancaq Peyğəmbərə (s) məxsus idi, yoxsa başqa insanlar da meraca gedə bilərlər? Əgər belə bir şeyə imkan varsa, onda hansı şərtləri vardır?

Son.az deyerler.org-a istinadən bildirir ki, şübhəsiz Həzrət Peyğəmbərin (s) meraca getməsinin hədəfi İlahi iradə ilə idi. Bu səfərin həyata keçməsinə zəminə yaradan Peyğəmbərin (s) özü idi. Başqa sözlə desək Peyğəmbərin (s) gözəl xüsusiyyətləri bais olur ki, Allah Təala onu bu səfərə layiq bilsin. Allah Peyğəmbərin (s) bu xüsusiyyətlərini Quranda bəyan etmişdir. Bu xüsusiyyətlərdən biri - Peyğəmbərin (s) bəndə olması idi, yəni Allahın müti bəndəsi.

Həzrət Peyğəmbər (s) bu bəndəliyi sayəsində bu cür böyük feyzə layiq görülür. Belə görünür ki, hər kim bu bəndəliyə nail olarsa, meraca getməyə müvəffəq ola bilər. Ancaq bunun üçün həqiqi bəndə olmaq lazımdır.

Allahın bəndəsi olmaq, yəni mənəvi kamala çatmaqdır. Bu yol heç kim üçün bağlı deyildir. Bəndəliyə çatmaq üçün şərtlər vardır ki, Məsumlar (ə) onları şərh etmişdir.

İmam Sadiq (ə) həqiqi bəndə haqqında belə buyurmuşdur: "Həqiqi bəndəlik üç şeydədir: Birincisi budur ki, Allah bəndəsi Allahın ona verdiklərinə görə özünü malik hesab etməməlidir. Çünki bəndələr malik olmazlar.

İkincisi budur ki, bütün hər bir malı, Allahın malı hesab etməlidir. Allahın əmr etdiyi yerlərdə həmin malı istifadə etməlidir.

Üçüncüsü budur ki, bəndə özü üçün hansısa işi məsləhət görməsin, ancaq Allahın buyurduqlarını etsin və qadağan etdiklərindən çəkinsin".

(adsgarden = window.adsgarden || []).push({});