Azərbaycan nefti ucuzlaşır


Digərləri 02 Okt 2019 22:33:03 221 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 62,31 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 62,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,90 dollar/barel azdır.