Dünyanın ən gözəl 25 küçəsi FOTO


Digərləri 02 Okt 2019 21:16:00 256 0

Dünyanın ən gözəl 25 küçəsi  FOTO

Tarixi dəyəri, unikal xarakteri və ya əsrarəngiz görüntüsünə görə dünyanın ən gözəl küçələri ziyarətçiləri orada dayanmağa və ətrafda olan hər şeyi seyr etməyə sadəcə məcbur edir...

Son.az qafqazinfo-ya istinadən dünyanın dörd bir tərəfində yerləşən ən gözəl 25 küçəni təqdim edir:

Parisin (Fransa) Yelisey çölləri

Fransanın ən məşhur küçəsi həm də ən "turistik" hesab olunur. 230 fut eni olan prospekt Razılıq (Konkord) meydanından "Arc da Triomphe" abidəsinə qədər ərazini əhatə edir. Bu küçə bayram vaxtı daha gözəl olur.

San-Fransiskoda (ABŞ) Lombard-strit

Hayd və Livenvortun arasında yerləşən Lombart-strit bütün dünyada ensiz ziqzaqları ilə məşhurlaşıb. Ona bir çox Hollivud filmlərində rast gəlmək olar.

Ez kommunasının (Fransa) Əsas Küçəsi

Nitsadan bir neçə kilometr aralıda, hündür dağlarda yerləşən qədim Ez kəndi orta əsrlərə aid ən əsrarəngiz, daşlı-çınqıllı küçələri ilə şöhrət qazanıb.

Buranoda (İtaliya) Fondamenta-San-Mauro küçəsi

Bu və onun yaxınlığında yerləşən digər küçələr rəngarəng boyaları ilə işıq saçırlar. Venetsiyanın yaxınlığında yerləşən Burano şəhəri, şübhəsiz ki, sizi öz balaca balıqçı qayıqları olan kanalları və binalarının güllü-çiçəkli fasadları ilə təəccübləndirəcək.

Havanada (Kuba) sahilyanı Malekon

Malekon sahillərinə çırpılan dalğaların görüntüsü Havananın əsas simvoludur. Bu küçədən ötən klassik Amerika avtomobilləri növbəti güclü dalğanı gözləyən uşaqları sevindirir.

Londonda (İngiltərə) Portobello-roud

Portobeello-roud Londonun əsrarəngiz Hottinq-Hill rayonunun əsas küçəsidir. O, öz viktorian üslübunda tikilmiş eleqant evləri ilə məşhurdur.  Hər şənbə burada Londonun (və ya dünyanın) ən məşhur antik əşyalar yarmarkası keçirilir.

Parisdə (Fransa) Kremyo küçəsi

Parisin əsas iki "arteriyası" arasında yerləşən bu kiçik küçə uzun illər ərzində sirr olaraq qalıb. Lion vağzalının yaxınlığında yerləşən "boyalar quyusu" saysız-hesabsız fotosessiyalar üçün istifadə olunur. O, böyük şəhərdə kənd ab-havasını yaşadır.

Ok Blafsda (ABŞ) Triniti-park

Triniti-park küçəsi kotteclərin yerləşdiyi qəsəbədən keçir. Massaçuets ştatında yerləşən Ok Blafsda Tim Bertonun filmlərini xatırladan sürrealistik səhnələrə rast gəlmək olar.

Molivosda (Yunanıstan) Aqora küçəsi

Lesbos adasında yerləşən Molivos kəndinin əsas küçəsi qarşımıza daşla örtülmüş və bənövşəyi qlisiniyalara bürünmüş vəziyyətdə gəlir.

Portu-Aleqridə (Braziliya) Qonsalu-de-Karvalyo küçəsi

Tez-tez dünyanın ən gözəl küçəsi adlandırılan Qonsalu-de-Karvalyo şəhərin mərkəzində tropik meşə təəssüratını yaradır. Mühafizə olunan bu ekosistem yaşıl tunel kimi görünür - həqiqətən də heyranedicidir!

Çikaqoda (ABŞ) Miçiqan-avenü

Dəbdəbəli butikləri, əzəmətli memarlığı və nəhəng incəsənət əsərləri ilə məşhur olan Mçiqan-avenü Beşinci Avenü və Yelisey çölləri ilə rəqabət apara bilər. Çikaqonun bu məşhur küçəsi həqiqətən də təxəyyülü təəccübləndirir.

Venetsiyada (İtaliya) Riva-del-Ferro

Venetsiyanın Riva-del-Ferro küçəsi Kanal Qrande ilə sərhəddə yerləşir. Oradan məşhur Rialto körpüsünə mənzərə açılır.

Litszyanda (Çin) Sinxua küçəsi

Çinin kiçik Litszyan şəhəri daim tarix sevərləri cəlb edir. Bu tarixi rayonun kiçik küçələri ötən əsrlərə qayıtmağı təklif edir. Burada bir dənə də olsun yeni tikili tapmaq mümkün deyil.

(adsgarden = window.adsgarden || []).push({});