İtkin düşən tələbə tapıldı


Digərləri 02 Okt 2019 20:48:00 266 0

İtkin düşən tələbə tapıldı

Azərbaycan Dillər Universitetinin 11 gün əvvəl itkin düşən II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

Son.az xəbər verir ki, bu barədə tələbənin atası Əfqan Cəfərov qafqazinfo-ya bildirib. Ə.Cəfərov bu barədə çox danışmaq istəmədiyini deyib. O qeyd edib ki, oğlunu görənlər olub və polislər artıq onun yerini müəyyənləşdirib, sabah görüşəcəklər.

Xatırladaq ki, Əsədulla 1500 manat təhsil haqqını ödəyə bilmədiyi və I kursdan kəsiri olduğu üçün evi tərk etmişdi.