6 aylıq uşağı ölən anasının yanında


Dünya 02 Okt 2019 19:59:19 258 0

6 aylıq uşağı ölən anasının yanında

Danimarkada 500 il öncə ölən Inuit xalqına mənsub bir ailənin bu günə qədər çox yaxşı qalmış mumiyaları tapılıb.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup ovçunun 1972-ci ildə təsadüfən ortaya çıxardığı və aralarında 6 aylıq bir uşağın də olduğu 500 illik məzar ilk dəfə görüntülənib.

Tapılan 8 nəfərin miladdan sonra - 1475-ci ildə öldüyü iddia edilir.

500 illik mumiyalar 1 metr məsafəylə 2 ayrı məzarda, üst-üstə qoyularaq dəfn edilmiş halda tapılıb.

Məzarda iki uşaq da var. Uşaqların anaları öldüyü üçün canlı-canlı basdırıldıqları deyilir. Çünki Inuit xalqında evin qadını ölməndə uşaqları canlı-canlı ana ilə birgə dəfn edilirmiş.