Məşhur rus aktyoru öldü


Dünya 02 Okt 2019 20:02:00 389 0

Məşhur rus aktyoru öldü

Aktyor və rejissor İqor Puşkarev 81 yaşında dünyasını dəyişib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 81 yaşlı aktyor  uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Ancaq onun ölüm səbəbi dəqiqləşdirilməyib.

Puşkarev 70-dən artıq kinofilmlərdə müxtəlif rollarda oynayıb. Yuliya Rayzmanın "Əgər bu sevgidirsə?", Anatoliy Qranikanın "Ən birinci",  Alkesandr Stolperin "Dirilər və ölülər", Yuriy Boretskinin "Maral ovu", Vladimir Skuybanın "Amansız", "Cərimə zərbəsi", "Əmr: Sərhəddi keşin!" və onlarla  filmlərdə müxtəlif rollarda çəkilib.

O, eyni zamanda özü də bir sıra filmlərin rejissoru olub. "Denis Korablevanın təəccüblü məcaraları" filmini çəkib. Bundan başqa "Şiş na kakuy!" kinokomediyasının rejissoru olub.