Bu qapını yalnız bu açarla açmaq olur


Digərləri 02 Okt 2019 20:40:00 316 0

Bu qapını yalnız bu açarla açmaq olur

İmam Həsən Əsgərinin (ə) Əshaq ibni İsmayil Nişapuriyə yazdığı məktubda, Həzrət (ə) Əhli-Beyti (ə) İlahi maarifə açılan qapı adlıandırmış və onun açarını tanıtmışdır. Həzrət (ə) buyurur: "Qapılardan qapı üzünüzə açılmışdır ki, vəzifələrinizin və təkliflərinizin növlərini başa düşəsiniz və açmaq üçün (sizə) açar vermişdir".

Həzrət Peyğəmbərdən (s) bu hədisə bənzər başqa bir hədis vardır ki, Həzrət (s) buyurur: "Mən elmin qapısıyam və Əli (ə) - ona daxil olmaq qapısıdır. Şəhərə ancaq qapıdan daxil olmaq olar".

İmam Kazımdan (ə) gələn hədisdə oxuyuruq: "Allahın insanlara iki hüccəti vardır: aşkar hüccət və gizli hüccət. Aşkar hüccət - rəsullar, peyğəmbərlər, imamlardır. Gizli hüccət insanların ağlıdır".

Bəli, bu hədislərdən belə qənaətə gəlmək olur ki, qapı deyildikdə - Əhli-Beyt (ə), açar deyildikdə isə insan ağlı nəzərdə tutulur. Yəni, hər kim Məsumlardan (ə) gələn hədisləri başa düşərsə, bu qapıdan içəri girə bilər. Əks halda İlahi maarif qapısı üzünə bağlı qalacaqdır.

Əmirəl-möminin (ə) buyurur: "O qədər ağıllar vardır ki, havayi-nəfsin bəndindədir ki, o ağıla hökumət edər. Nəfsi istəklər əsasında düşünər və qərar verər". (Tebyan)

Yəni, əgər ağıl nəfsin hakimiyyəti altında olarsa, o zaman bu qapıdan içəri girə bilməz.

(adsgarden = window.adsgarden || []).push({});