Bağdadda etirazlar zamanı 15 nəfər xəsarət alıb


Dünya 02 Okt 2019 20:18:00 293 0

Bağdadda etirazlar zamanı 15 nəfər xəsarət alıb

İraqın paytaxtı Bağdadda etiraz aksiyaları zamanı azı 15 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Etiraz aksiyaları Bağdad və ətraf şəhərlərdə iki gündür ki, davam edir. Etirazçıların sayının artmaqda olduğu deyilir.

Ölkənin baş naziri Adil Əbd əl-Mehdi fövqəladə iclas çağırıb.