"Naməlum virus" HİV imiş


Dünya 02 Okt 2019 19:11:00 259 0

"Naməlum virus" HİV imiş

İranın cənub-qərbində yerləşən Çahar-Mahal və Bəxtiyari vilayətinin Çinar Mahmudi kəndində naməlum virus yayılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, vilayətin Səhiyyə və Müalicə Mərkəzinin direktoru Raşid Cəzayeri də məsələnin araşdırıldığını bildirib.

Məlumata görə, təxminən 10 nəfər həmin virusa yoluxub. Qeyd edilir ki, təxminən 2 ay öncə kəndin bəzi sakinləri diabet analizi veriblər. Onların bəzisində HIV virusunun olması şübhəsi yaranıb.

Parlamentin səhiyyə və müalicə komitəsinin sədr əvəzi Murtaza Xatəmi virusun HİV olduğunu təsdiqləyib.