Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin icrası müzakirə olunub (FOTO)


Digərləri 02 Okt 2019 18:46:18 221 0

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin icrası müzakirə olunub (FOTO)

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının ölkəmizdə səfərdə olan “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə növbəti görüş olub. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı nazir müavini Anar Əliyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası milli iqtisadiyyatın dayanıqlı inkişafı, xüsusilə uğurlu iqtisadi şaxələndirmə əsasında yeni iş yerlərinin açılmasının davamlı xarakter almasına imkan verib. Qeyri-neft sektorunun genişlənməsi, biznes mühitinin yaxşılaşması, sahibkarlığın dəstəklənməsi tədbirləri ölkədə məşğulluq imkanlarının artmasına şərait yaradıb. Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni və baş iqtisadçı Maddelena Honorati layihənin icrası üçün görüləcək işlərdən, planlardan danışıb.