Rusiya sərhədçiləri 64 koreyalı brokonyeri saxladılar


Dünya 02 Okt 2019 17:55:00 240 0

Rusiya sərhədçiləri 64 koreyalı brokonyeri saxladılar

Rusiya sərhədçiləri Yapon dənizində brokonyerliklə məşğul olan Şimali Koreyanın 64 vətəndaşını saxlayıb.

Son.az qafqazinfo-ya itinadən xəbər verir ki, insident zamanı sərhədçilər silah tətbiq etməli olublar. Nəticədə, KXDR-in 5 vətəndaşı yaralanıb və onlara tibbi yardım göstərilib.

Qanun pozanlar əlavə araşdırma və prosessual qərar vermək üçün Naxodka limanına təslim ediliblər.

Ümumilikdə, altı tona yaxın qanunsuz əldə edilən kalamar, 600 kq-dan çox xərçəng, üç köpək balığı aşkar edilib.