“Regional İnkişaf” İctimai Birliyi inklüziv təhsil sahəsində maarifləndirmə təlimləri keçirib FOTO


Digərləri 02 Okt 2019 17:19:00 259 0

“Regional İnkişaf” İctimai Birliyi inklüziv təhsil sahəsində maarifləndirmə təlimləri keçirib  FOTO

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi inklüziv təhsil sahəsində növbəti maarifləndirmə layihəsini Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində reallaşdırıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Regional İnkişaf" İctimai Birliyindən məlumat verilib.

Qeyd edək ki, tədbir "Regional İnkişaf" İctimai Birliyinin Avropa İttifaqinin dəstəyi ilə həyata keçirdiyi "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" və "UNİCEF Azərbaycan"ın reallaşdırdığı "Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv təhsilin genişləndirilməsi" layihələri çərçivəsində təşkil olunub.

Müəllim-tələbə heyəti üçün keçirilən təlimlərin əsas məqsədi inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanların cəmiyyətə inteqrasıyasının vacibliyini geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Tədbirdə əlilliyi olan gənc çıxış edərək öz uğur hekayəsini danışıb, inklüziv təhsildən yararlanmanın onun həyatındakı rolundan söz açıb. Həmçinin ailədən gələn mənəvi dəstəyi əlilliyi olan gənclərin həyatda uğurunun əsas amillərindən biri kimi şərtləndirib.

Ali məktəblərdə, həmçinin inklüziv təhsillə bağlı həyata keçirilən hər iki layihə ilə bağlı təqdimatlar olub.