Teymur Rəcəbov Dünya Kubokunun finalında qalib gəlib


Digərləri 02 Okt 2019 17:19:00 209 0

Teymur Rəcəbov Dünya Kubokunun finalında qalib gəlib

Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

Bakı. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib. Trend-in məlumatına görə, T.Rəcəbov çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb. Nəticədə təmsilçimiz ümumi hesabı bərabərləşdirib - 1.5:1.5. Qeyd edək ki, finalçılar sabah sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.