Azərbaycan və İran arasında dəniz ticarətinin təhlükəsizliyi müzakirə edilib FOTO


Digərləri 02 Okt 2019 16:51:00 255 0

Azərbaycan və İran arasında dəniz ticarətinin təhlükəsizliyi müzakirə edilib  FOTO

Azərbaycan Xəzər dənizində İranın hərbi dəniz qoşunları ilə bütün səviyyələrdə konstruktiv əməkdaşlıq aparır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov İranın Bəndər-Abbas limanında İran HDQ-nin birinci bölgə üzrə komandanı 2-ci dərəcəli kapitan Müctəba Məhəmmədi ilə görüşündə bildirib.

Z.Hümmətov əlavə edib ki, gələcəkdə Azərbaycan və İran əməliyyat və təlim sahəsində daha effektiv əməkdaşlıq edəcək.

M.Məhəmmədi isə bildirib ki, Fars körfəzində, Xəzər və Oman dənizlərində ticarət donanmasının təhlükəsizliyini təmin etmək İran Hərbi Dəniz Qüvvələrinin öhdəsindədir.