Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib (FOTO)


Digərləri 02 Okt 2019 16:15:00 185 0

Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib (FOTO)

Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etmişdir

Bakı. Oktyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 29-cu iclası işə başlamışdır. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Tədbirdə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun tədbir iştirakçılarına müraciəti oxundu. İclasa sədrlik edən Qırğızıstanın Baş prokuroru Okturbek Camşitov və Rusiya Baş prokurorunun birinci müavini Aleksandr Buksman Azərbaycan nümayəndə heyətini 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik etmişlər. Şuranın iclasında K.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək, “Cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun təcrübəsi” mövzusunda çıxış etmişdir. Tədbirdə “İcra sənədlərinin icrası zamanı qanunlara riayət olunmasına prokuror nəzarəti” (Belarus), “Hüquq mühafizə fəaliyyətinin prosessual əsaslarının modernləşdirilməsi və cinayət qanunvericiliyinin humanistləşdirilməsi” (Qazaxıstan), “Talan edilmiş aktivlərin bərpası” (Qırğızıstan), “Rusiya Federasiyası Baş Prokurorluğunun korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyəti: profilaktika, korrupsiya hüquq pozuntularının nəticələrininn aradan qaldırılması” (Rusiya), “Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin aşkar edilməsi və araşdırılması sahəsində beynəlxalq əməkdaşlıq” (Tacikistan) və sair mövzularda çıxış və təqdimatlar dinlənilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.