Azərbaycanda POS-terminal və bankomatların sayı artıb


Digərləri 02 Okt 2019 16:01:00 237 0

Azərbaycanda POS-terminal və bankomatların sayı artıb

2019-cu ilin avqust ayında Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayında artım qeydə alınıb.

Bakı. Elçin Mehdiyev - 2019-cu ilin avqust ayında Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayında artım qeydə alınıb. Trend Mərkəzi Bankın hesabatına əsasən məlumat verir ki, bankomatların ümumi sayı 2.588-dir. Bunların 1.384-ü Bakıda, 1.204-ü isə regionlarda quraşdırılıb. Hesabatda qeyd edilir ki, avqust ayında ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 64 min 133 ədəd olub. İyul ayında bu göstərici 63 min 782 ədəd təşkil edib.