"Qazancımı doğmalarımla belə müzakirə etmirəm"


Şou-biznes 02 Okt 2019 15:52:00 216 0

"Qazancımı doğmalarımla belə müzakirə etmirəm"

Vaxtım yoxdur deyə, efirlərdə yoxam. İrəlidə filmlə bağlı iki layihə gəlir. Amma bu barədə məlumat verə bilmərəm.

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlama verən aktrisa Aydan Axundzadə deyib.

O, "Gənc sənətçilər içərisində ən çox qonorar alan aktrisa sizsiniz" sualını isə belə cavablandırıb:

"Başqa aktrisaların cibini saymıram. Ona görə də bu cür müqayisə edə bilmərəm. Onlar müzakirə edirlərsə, deməli, məlumatı da onlar çatdırıb. Cibimi heç kimlə, hətta doğmalarımla belə müzakirə etmirəm. Qonorarımı yalnız prodüserim və əməkdaşlıq etdiyim şirkət bilir".