Alman radarları F35ləri yaxaladı


Dünya 02 Okt 2019 14:12:00 237 0

Alman radarları F35ləri yaxaladı

Almaniyanın Hensoldt şirkəti yeni nəsil radarları ilə "görünməz əfsanə" kimi təqdim edilən F-35 təyyarələrini 160 kilometr boyunca müşahidə etdiyini açıqlayıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ liderliyində istehsal edilən 5-ci nəsil F-35-lərin radar tərəfindən yaxalanmasının mümkünsüzlüyü iddia olunurdu.

Hensoldt şirkətinin F-35-ləri radar vasitəsilə tutduğu haqda informasiyanı ABŞ-ın C4isrnet internet resursu açıqlayıb.

Xəbərə görə, Hensoldt şirkəti yeni nəsil radarlarını test etmək məqsədilə F-35-lərin Arizonada Luke hava bazasından Berlinə uçacağı 2018-ci il tarixini seçib. TvInvis radar sistemləri Berlin hava limanı yaxınlığında yerləşdirilib. Alman radarları F-35-lər Berlinə uçmazdan əvvəl aktivləşdirilib. Beləcə radar sistemləri havada baş verən bütün hadisələri izləməyə başlayıb. F-35-ləri təspit etdiyinə nail olduğunu bəyan edən Almaniya şirkəti əlavə edib ki, əfsanə hesab olunan F-35-ləri 160 kilometr boyunca müşahidə altına ala bilib.

F-35-ləri istehsal edən ABŞ-ın Lockheed Martini şirkətinin sözçüsü Mixail Friedman isə bəyanatla çıxış edib. F-35-lərin sülh məqsədilə reflektor-səsli dinləmə ilə uçduğunu bəyan edən Friedman bu tətbiqin məxfilik gətirməyən xidmətlər zamanı təyyarənin izlənməsinə səbəb olduğunu xatırladıb.