Ucarda ana və azyaşlı qızı itkin düşüb FOTO


Digərləri 02 Okt 2019 14:14:46 227 0

Ucarda ana və azyaşlı qızı itkin düşüb  FOTO

Ucarda ana və azyaşlı qızı itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Ucar rayonunun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.