"Mercedes" yanaraq külə döndü VİDEO


Digərləri 02 Okt 2019 13:26:00 283 0

"Mercedes" yanaraq külə döndü  VİDEO

Şəkidə "Mercedes" markalı avtomobil yanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Balakən-Yevlax yolunun Şəki rayon Kiçik Dəhnə kəndinə düşən ərazisində baş verib.

"Mercedes" markalı avtomobilin mühərrik hissəsində baş verən yanğın bir anda bütün avtomobili bürüyüb. Avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunublar. Yanğın söndürülüb.