Nazir: Azərbaycanda tələbələrin sayı 21 faiz artıb


Digərləri 02 Okt 2019 12:11:00 229 0

Nazir: Azərbaycanda tələbələrin sayı 21 faiz artıb

Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb.

Bakı. Elçin Mehdiyev – Ötən tədris ili ərzində Azərbaycanda ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 66 faiz artırılıb. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaqda deyib. C.Bayarmov bildirib ki, son beş il ərzində Azərbaycanda ali təhsil sistemində təhsil alan tələbələrin sayında 21 faiz artım olub: “Biz ümumilikdə kəmiyyət göstəriciləri barədə danışarkən təbii ki, keyfiyyət göstəricilərini də hər zaman diqqət mərkəzində saxlayırıq”.