İçdikləri sudan bəlaya düşdülər


Dünya 02 Okt 2019 12:05:00 249 0

İçdikləri sudan bəlaya düşdülər

Sudanda yatalaq kəskin şəkildə yayılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətlə bağlı narahatlığını bildirib.

Belə ki, ÜST-in rəsmi nümayəndəsi Tarik Yazareviç Cenevrədə keçirilən mətbuat konfransında qeyd edib ki, sentyabrın 8-dən bu günə qədər 215 nəfər yatalağa yoluxub. 8 nəfərin isə artıq bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Rəsmi nümayəndə Sudana ÜST ekspertlərinin yola düşdüyünü də qeyd edib. Ezam olunmuş təşkilat ekspertləri Sudanda su mənbələrinin monitorinq edilməsini həyata keçirəcək və tibb müəssisələrində xəstəliyin müalicəsinin aparılmasına nəzarət edəcəklər.