3 rayonda qaz olmayacaq
Digərləri 02 Okt 2019 11:15:00 203 0
Oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi "Ordahal-Yardımlı" magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək.
Bu barədə Son.az Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. Bundan başqa adı çəkilən idarənin "Şamaxı" Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.
Mənbə: milli.az