Körpü uçdu:


Dünya 02 Okt 2019 11:10:00 246 0

Körpü uçdu:

Dünən səhər saatlarında Tayvanda, Suao şəhərinin mərkəzində körpü uçub.

Son.az ölkə.az-a istinadən bildirir ki, hadisə üstündən ağır benzindaşıyan yük maşını keçən zaman  baş verib.

İlan əyalətindəki uçan körpü Suao şəhərinin əsas nəqliyyat arterisyası hesab olunur. Bu körpü Tayvanda yeganə arkalı polad konstruksiyalı körpüdür. Bu, eyni zamanda, Asiyada birinci qoşaarkalı körpüdür.

Körpünün uzunluğu 140 metr, eni 15 metrdir. Körpünün uçması nəticəsində benzindaşıyan maşın yanıb, qəza zamanı körpünün altından keçən 3 balıqçı gəmisi zədələnib.

Hadisə nəticəsində 10 nəfərin yaralandığı, 6 nəfərin isə öldüyü bildirilir.

(adsgarden = window.adsgarden || []).push({});