Avtobus uçuruma düşdü:


Dünya 02 Okt 2019 09:10:00 241 0

Avtobus uçuruma düşdü:

Perunun cənubunda avtobusun uçuruma düşməsi nəticəsində 23 nəfər həyatını itirib və 30 nəfər isə ciddi xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu yerüstü sərnişin və yük nəqliyyatına nəzarət idarəsinin yenilənmiş məlumatları sübut edir. Zərərçəkənlər Cuzko şəhərinə və digər şəhərlərin xəstəxanalarına aparılıblar.

Qeyd edək ki, avtobus Kispikaçi əyalətində 100 metr yüksəklikdən düşüb. Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib.